Ana içeriğe atla

Antivirus Proqramları

Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir.
Viruslar müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Viruslar 3 məqsəqlə yaradılır: intiqamkommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asemblerproqram dilində yazılır.
Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür

Antivirus proqramlarının növləri və iş prinsipləri


  • Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün "maska"lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin "evristik skanlama" alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir ("ola bilsin yoluxub" və ya "yoluxmayıb").
  • Disk müfəttişləri. Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.
  • Rezident monitorlar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).
  • İmmunizatorlar. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Kompüter Haqqında Məlumat

Kompüter —  informasiya  üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır. Çoxməqsədli kompüter ( ing.   general-purpose computer ,  rus.   универсальный компьютер ) – ümumi planlı istənilən məsələni yerinə yetirə bilən kompüter. Kompüterin gerçəkləşdirdiyi məsələlər çərçivəsini dəyişdirmək üçün başqa proqram təminatından istifadə etmək yetərlidir. Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq  verilənlərin  avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur. [1] Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.İlk kompüter 1642-ci ilde Blez Paskal tərəfindən icad olunub. Kompüter müasir dövürdə çox lazımlı bir qurğudur. İnformatikanın əsas tərkib hissəsi olan kompüter ...

Kompüter Qurğuları

Kompüter qurğuları  — İlk dəfə Blez Paskal (Fransa)  1642 -ci ildə cəmləyici maşın hazırlamışdır.  1673 -cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.  1830  - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişd...

İnternet Haqqında Məlumat

CP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir. Başqa sözlə internet şəbəkələrin şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir bir ilə optik, elektron, wifi və s vasitə ilə qlobal və ya lokal şəkildə bir birinə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s şəbəkələr daxildir. İnternetin əsası 1960-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnternet – [lat. internus – daxili; inter – arasında və ing. net – şəbəkə] 1)hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətn...