

Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilirlər. Kameralara gəldikdə isə keçən ilki modellərdən fərqli olaraq elə də inqilabi bir şey baş vermədi. iPhone X, keçən ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir. Lakin bir fərq ondan ibarətdir ki, bu dəfə kamera şaqulidir. Bununla yanaşı iPhone X-in hər iki arxa kamerası da optik stabilizasiyaya sahibdir. Beləliklə pis işıqlandırılmış vəziyyətlərdə belə, keyfiyyətli fotolar çəkmək mümkündür. iPhone X-in ön paneli kameralar sistemi ilə təchiz olunduğu üçün ön kamera vasitəsilə də portret rejimli fotolar çəkmək olar. iPhone X, 3 Noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.
Yorumlar
Yorum Gönder