Ana içeriğe atla

Deep Web haqqında Məlumat

Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan olunmuş, təhlükəli yerlər var. Buna DeepWeb deyilir. Google, Yandex kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildir. DeepWeb-ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə, Surface Web 10%-dir. DeepWeb-də saxlanılan informasiya Surface Web-dəki informasiyadan 400-500 dəfə çoxdur.
DeepWeb-dən casuslar, terroristlər, xakkerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr ( xüsusi ilə insan üzərində keçirilən təcrübələr) aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal polislər, pullu qatillər, hannibalizim xəstələri (insan əti yeyənlər) , silah, narkotik və insan alveri ilə məşğul olanlar, mərc oyunlarının təşkilatçıları və s. Yəni təhlükəli və qadağan olunmuş işlərlə məşğul olan hərkəs istifadә edir. Bu saytlara girməyiniz məsləhət olunmur.Hәr hansi bir halda terror qruplaşması ilә təmas bağlanıla bilər.
Biz interneti aşağıdakı kimi səviyyələrə bölə bilərik: Səviyyə 1: Surface Web. İnternetin ən sadə və təmiz yeri. Hərkəsin çox sadə yolla daxil ola bildiyi saytlar. Səviyyə 2: Bergie Web. İnternetdə axtarış zamanı qarşınıza çıxmayan saytlar. Daha çox pornografik informasiyalar daşıyan saytlar. Əgər ftp serverdən istifadə etməyi bilirsinizsə Google-daki bu gizlənmiş nəticələrə çata bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün Proxy lazımdır Səviyyə 3: DeepWeb-in ilk mərhələsi. Burda o qədər də təhlükəli şeylər yoxdur. Əsasən qanunsuz pornolar, suiqəsd videoları, viruslar, kiçik xakker qrupları, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, məşhur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır. Səviyyə 4: Charter Web yaxud DarkNet. Burda saytlar DNS texnologiyasından istifadə etmirlər. 4-cü səviyyə özü də 2 hissəyə ayrılır: 1)TOR səviyyəsi: Sadəcə TOR browser ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti; bomba, tank, müdafiə texnologiyaları, qadağan olunmuş filimlər, musiqilər, kitablar, uşaq pornoları, narkotik ticarəti, insan ticarəti və s. 2)Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil olmaq üçün TOR belə yetərsizdir. Yalnız “Closed Shell System” adı verilən yolla bura çatmaq Olar. Burda olanlar isə robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP lahiyələri, Atlantisin yeri və onun haqqındaki araşdırmalar, xüsusi istehsal mühərriklər, havanı dəyişdirəbilən silahlar, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, masonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək texnologiyalar var. Bu səviyyədə olan insanların hamısı elm adamları və alimlərdir. Bu səviyyəyə daxil olmaq üçün normal kompüterlər və normal internet əlaqəsi yetərsizdir. Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. Qalan 20% isə aşağıdakılardır: Səviyyə 5: Marianas Web. Adını dünyanın ən dərin çuxuru Marianna çuxurundan alır. Bura haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında “Əgər hər kəs ora girə bilsə internetdəki müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edbiləcək texnologiyaların olduğu və burdakı xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir. Səviyyə 6: Haqqında heç bir məlumat yoxdur. Ora “Tanırının öldüyü yer” yada qısaca Cəhənnəm deyilir.

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Kompüter Haqqında Məlumat

Kompüter —  informasiya  üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır. Çoxməqsədli kompüter ( ing.   general-purpose computer ,  rus.   универсальный компьютер ) – ümumi planlı istənilən məsələni yerinə yetirə bilən kompüter. Kompüterin gerçəkləşdirdiyi məsələlər çərçivəsini dəyişdirmək üçün başqa proqram təminatından istifadə etmək yetərlidir. Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq  verilənlərin  avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur. [1] Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.İlk kompüter 1642-ci ilde Blez Paskal tərəfindən icad olunub. Kompüter müasir dövürdə çox lazımlı bir qurğudur. İnformatikanın əsas tərkib hissəsi olan kompüter ...

Kompüter Qurğuları

Kompüter qurğuları  — İlk dəfə Blez Paskal (Fransa)  1642 -ci ildə cəmləyici maşın hazırlamışdır.  1673 -cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.  1830  - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişd...

İnternet Haqqında Məlumat

CP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir. Başqa sözlə internet şəbəkələrin şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir bir ilə optik, elektron, wifi və s vasitə ilə qlobal və ya lokal şəkildə bir birinə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s şəbəkələr daxildir. İnternetin əsası 1960-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnternet – [lat. internus – daxili; inter – arasında və ing. net – şəbəkə] 1)hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətn...