Ana içeriğe atla

Apple Tarixində Ən Müasir Telefon İphone X

 İPhone X-in ən vacib və gözədəyən özəlliyi onun xarici görünüşüdür. Belə ki, keçmiş modellərin  ölçüləri dəyişsə də, onlarla qarşılıqlı əlaqə üsulu olduğu kimi qalırdı. iPhone X isə əsas element olan Home düyməsindən azad oldu. Belə ki, onun reallaşdırılması üçün smartfonun ön panelində sadəcə olaraq yer çatmadı. Çünki ön panel tamamilə ekranlə əhatə olunub. iPhone X, 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ekran, sonuncu model iPad Pro-da olduğu kimi Tru Tone texnologiyasını da dəstəkləyir. Bu texnologiya, mühitdən asılı olaraq ekrandakı ağ rəngin balanslaşdırılmasına şərait yaradır. Korpusun formasına görə iPhone X, keçən ilki iPhone 7-dən heç də fərqlənmir. Lakin korpusun hazırlandığı materiallar bu dəfə dəyişdi.
Belə ki, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Arxa qapağın şüşədən olması ilk növbədə naqilsiz şarj funksiyası üçün lazım idi. Beləliklə şirkət həmçinin smartfonların, smart saatların və qulaqlıqların şarjı üçün nəzərdə tutulmuş özünün naqilsiz şarj stansiyasını da təqdim edib. iPhone X-də olan vacib özəlliklərdən biri də yandırıb/söndürmə düyməsinin bir neçə funksiyalara sahib olmasıdır. Belə ki, həmin düymənin ölçüsü bir qədər böyüyərək bir sıra əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulub. Məsələn həmin dyməni iki dəfə kliklədikdə Apple Pay ödəmə sistemi işə düşür. Düyməni klik edərək müəyyən vaxt saxladıqdan sonra isə Siri işə düşür. iPhone X-də Home düyməsinin olmaması həmçinin Touch ID barmaq izi skanının olmaması deməkdir. Bundan sonra istifadəçilər, insan zünün skanı texnologiyası olan Face ID-dən istifadə edəcəklər.Yeni texnologiya, Touch ID-ni əvəz edir. Onun işini isə smartfonun yuxarı hissəsində yerləşən ön kamera və ötürücülər görürlər. Beləliklə yeni texnologiya həmçinin neyron şəbəkəsindən istifadə edərək istifadəçinin individual üz təsvirini yaradır. Şirkətin məlumatına əsasən Face ID-nin yanlış şəkildə işə düşməsi halı, milyonda birə bərabərdir. Bununla yanaşı iPhone X-i bu vasitə ilə həmçinin qaranlıq mühitdə blockdan çıxartmaq olar. iPhone X, istifadəçinin baş vəziyyətini tam dəqiqliklə təyin edə bilir. Bunu isə bir sıra özəlliklər üçün istifadə etmək olar. Məsələn, iMessage vasitəsilə 3D animasiyalı emojilər yaratmaq və onları səsləndirmək mümkündür. Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru vasitəsilə çalışır. Beləliklə bu prosessorlar 30% daha güclüdürlər və 2 dəfə daha az eneri sərfiyyatına malikdirlər.
Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilirlər. Kameralara gəldikdə isə keçən ilki modellərdən fərqli olaraq elə də inqilabi bir şey baş vermədi. iPhone X, keçən ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir. Lakin bir fərq ondan ibarətdir ki, bu dəfə kamera şaqulidir. Bununla yanaşı iPhone X-in hər iki arxa kamerası da optik stabilizasiyaya sahibdir. Beləliklə pis işıqlandırılmış vəziyyətlərdə belə, keyfiyyətli fotolar çəkmək mümkündür. iPhone X-in ön paneli kameralar sistemi ilə təchiz olunduğu üçün ön kamera vasitəsilə də portret rejimli fotolar çəkmək olar. iPhone X, 3 Noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Kompüter Haqqında Məlumat

Kompüter —  informasiya  üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır. Çoxməqsədli kompüter ( ing.   general-purpose computer ,  rus.   универсальный компьютер ) – ümumi planlı istənilən məsələni yerinə yetirə bilən kompüter. Kompüterin gerçəkləşdirdiyi məsələlər çərçivəsini dəyişdirmək üçün başqa proqram təminatından istifadə etmək yetərlidir. Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq  verilənlərin  avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur. [1] Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.İlk kompüter 1642-ci ilde Blez Paskal tərəfindən icad olunub. Kompüter müasir dövürdə çox lazımlı bir qurğudur. İnformatikanın əsas tərkib hissəsi olan kompüter ...

Kompüter Qurğuları

Kompüter qurğuları  — İlk dəfə Blez Paskal (Fransa)  1642 -ci ildə cəmləyici maşın hazırlamışdır.  1673 -cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.  1830  - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişd...

Kompüterin əsas Hissələri

Sistem bloku: Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: -verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar); -verilənləri xaric edən qurğular (skaner, plotter); -verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); -verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr); Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.  Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür. Ana lövhə ...