Ana içeriğe atla

Hakerlər Haqqında Məlumat-Məlumat Oğruları Hakerlər



Haker (Hacker ingilis sözüdür, hack- yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hacker'lar hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək çabası içərisindədirlər. Bu dahilər zərər vermə girişimlərind
ə olmazlar.

Yaranma tarixi

Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var:
  • Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır.
  • Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır.
  • Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır.
  • Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
  • Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin.
  • Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq.
  • Bir şəxs ki, kompüterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaq.
  • Bir şəxs ki, haker dəyərlərini başa düşür və qiymətləndirir.
Əksərən haker (hacker) və kreker (cracker) sözləri səhv salınır. Hakerlər həqiqi profesionallardır və onların kompüterlərdən informasiya oğurlamaq, başqasının işlərinə burunlarını soxmaq kimi vərdişləri yoxdur. Bu cür adamlara krekerlər deyirlər. Həmçinin friker (freecker – kompüterdən başqa elektronik cihazlardan havayı, pul vermədən istifadə edir. Məsələn havayı telefonla danışır) və karder (digərlərinin elektron kartlarından öz məqsədi üçün istifadə edir) kreker anlayışına yaxındır.
Bundan başqa bu sözün kökü olan hack sözünün program təminatı terminologiyasında bir başqa istifadəsi də vardır. Bu bir proqramlaşdırma məsələsinin "bilərək qeyri-dəqiq həlli" mənasına gəlir və ən qısa vaxtda bu cür məsələlərin qeyri-hack metodları ilə həlli zəruridir.

Hakerlərin kateqoriyalaşdırılması

Haker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini haker hesab edirlər və ya başqaları tərəfindən onlar haker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü hakerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür.

Haker: Yüksək ixtisaslı proqramçı[redaktə | əsas redaktə]

Bu zaman haker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar.

Haker: Kompüter və şəbəkə təhlükəsizliyi üzrə ekspert[redaktə | əsas redaktə]

Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompüterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar:
  • "Qara kepkalılar" (Black hat)
  • "Ağ kepkalılar" (White hat)
  • "Boz kepkalılar" (Grey hat)
"Qara kepkalı" hakerlar əsasən illegal—özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli—işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompüter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.

Haker: Texniki təminat dəyişdiriciləri[redaktə | əsas redaktə]

Hakerlərin digər növü isə kütləvi şəkildə istehsalda olmaya texniki hissələr yaratmaq, onları yeniləşdirməklə məşğuldurlar. Bu fəaliyyətin son nəticəsi əsasən onunla qurtarır ki, kompüterin hissələr tez-tez standart vasitələrlə yenilənir və ya onlar kompüterlərə yarı-kosmetik düzəlişlər edirlər. Onlar bunu rahatlıq və ya estetik zövq üçün edirlər. Kompüterə cürbəcür işıq effektləri quraşdırmaq bu cür hakerlər arasında geniş yayılmışdır. Bu tip hakerlərdən ən yüksək səviyyəliləri texniki hissələrin imkanlarını artıranlardır;bu cür insanlar əksərən profesional elektrik mühəndisləri olurlar. Bu tip hakerlərin fəaliyyətlərinə 1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində satıcı və kofe düzəldən maşınlara TCP/IP əlavə etməklə onları idarə etmək kimi nümunələr göstərmək olar.

"Haker" sözünün mənşəyi və bu sözün məna fərqlərinin yaranmasının tarixi səbəbləri[redaktə | əsas redaktə]

Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində Massaçusets Texnologiya İnstitutunda 1960-cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə kompüterlərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960-cı illərədək kompüter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir.
İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hack hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir.
Hakerlər heç də həmişə edilmiş dəyişiklikləri proqramdakı səhvləri düzəltmək məqsədi ilə etmirdilər – bəzən bu dəyişikliklər müəlliflərin istəklərinin əksinə olaraq proqramın fəaliyyətini dəyişdirə bilərdi. Bu cür hadisələrin sayı getdikcə artırdı və hakerlərin fəaliyyəti aşkar olunurdu, hakerlik isə müəllif və istifadəçi arasında əks əlaqəyə çevrilirdi, jurnalistlər üçünsə bundan maraqlı heç nə ola bilməzdi. Daha sonra gizli proqram kodları erası başladı. Əksər proqramların kodları əlçatmaz oldu, gizli proqram kodlarının açılması isə hədsiz çox vaxt aparmağa başladı, küllü vəsait tələb etməyə başladı. Nəticədə hakerliyin müsbət rolu heçə endi. Proqram kodlarının açılması və onlara redaktə etmək üçün yalnız güclü motiv lazım idi, tezliklə bəzi hakerlərdə bu motivlər tapıldı – onlar başa düşdülər ki, bu yolla pul və populyarlıq qazana bilərlər.
Nəticədə haker sözünün yeni, təhrif olunmuş formaları meydana gəldi: bu termin daha çox kompüter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cani kimi başa düşülməyə başladı. İlk dəfə olaraq haker sözünü bu mənada Klifford Stoll tərəfindən "Ququ quşunun yumurtası" kitabında işlətmişdir, terminin bu mənada məşhurlaşmasında "Haker" kinofilminin də çox böyük rolu var. Hal-hazırda bu söz daha çox veb-təhlükəsizliyi pozulduğu zaman hak, hak etmək kimi istifadə olunur.
Azad və açıq proqram təminatının müdafiəçisi kimi tanınan şəxslərdən bəziləri- məsələn Riçard Stollmen haker sözünü yalnız ilkin mənada işlətməyə çağırır.

    Yorumlar

    Bu blogdaki popüler yayınlar

    Kompüter Haqqında Məlumat

    Kompüter —  informasiya  üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır. Çoxməqsədli kompüter ( ing.   general-purpose computer ,  rus.   универсальный компьютер ) – ümumi planlı istənilən məsələni yerinə yetirə bilən kompüter. Kompüterin gerçəkləşdirdiyi məsələlər çərçivəsini dəyişdirmək üçün başqa proqram təminatından istifadə etmək yetərlidir. Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq  verilənlərin  avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur. [1] Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.İlk kompüter 1642-ci ilde Blez Paskal tərəfindən icad olunub. Kompüter müasir dövürdə çox lazımlı bir qurğudur. İnformatikanın əsas tərkib hissəsi olan kompüter ...

    Kompüter Qurğuları

    Kompüter qurğuları  — İlk dəfə Blez Paskal (Fransa)  1642 -ci ildə cəmləyici maşın hazırlamışdır.  1673 -cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.  1830  - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişd...

    Kompüterin əsas Hissələri

    Sistem bloku: Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: -verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar); -verilənləri xaric edən qurğular (skaner, plotter); -verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); -verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr); Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.  Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür. Ana lövhə ...