Ana içeriğe atla

Kayıtlar

Kompüter Qurğuları

Kompüter qurğuları  — İlk dəfə Blez Paskal (Fransa)  1642 -ci ildə cəmləyici maşın hazırlamışdır.  1673 -cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.  1830  - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişd...
En son yayınlar

Apple Tarixində Ən Müasir Telefon İphone X

 İPhone X-in ən vacib və gözədəyən özəlliyi onun xarici görünüşüdür. Belə ki, keçmiş modellərin  ölçüləri dəyişsə də, onlarla qarşılıqlı əlaqə üsulu olduğu kimi qalırdı. iPhone X isə əsas element olan Home düyməsindən azad oldu. Belə ki, onun reallaşdırılması üçün smartfonun ön panelində sadəcə olaraq yer çatmadı. Çünki ön panel tamamilə ekranlə əhatə olunub. iPhone X, 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ekran, sonuncu model iPad Pro-da olduğu kimi Tru Tone texnologiyasını da dəstəkləyir. Bu texnologiya, mühitdən asılı olaraq ekrandakı ağ rəngin balanslaşdırılmasına şərait yaradır. Korpusun formasına görə iPhone X, keçən ilki iPhone 7-dən heç də fərqlənmir. Lakin korpusun hazırlandığı materiallar bu dəfə dəyişdi. Belə ki, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Arxa qapağın şüşədən olması ilk növbədə naqilsiz şarj funksiyası üçün lazım idi. Beləliklə şirkət həmçinin...

Texnalogiya və Cəmiyyət

 Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur, və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism. Sosioloqları maraqlandıran əsas sual odur ki hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi s...

Hakerlər Haqqında Məlumat-Məlumat Oğruları Hakerlər

Haker  (Hacker  ingilis sözüdür , hack- yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən,  kompüterl ərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hacker'lar hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək çabası içərisindədirlər. Bu dahilər zərər vermə girişimlərind ə olmazlar. Yaranma tarixi Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşd...

Antivirus Proqramları

Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır.  Virus proqramların ı aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələtlə bir  kompüterd ən digər kompüterə keçməyə cəhd edən,  verilənl ərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə  disketl ərdən,  e-mail  və ya digər  İnternet  resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır:  intiqam ,  kommersiya , özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman  Asembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı ...

Kompüterin əsas Hissələri

Sistem bloku: Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar: -verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar); -verilənləri xaric edən qurğular (skaner, plotter); -verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular); -verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr); Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.  Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür. Ana lövhə ...